1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Real Madrid"lə gələn növbəti rekordlar
İspaniya "Real Madrid"inin Çempionlar Liqasının finalına yüksəlməsi ilə bir neçə rekord qeydə alınıb.
Sportnet.az-ın məlumatına görə, "kral klubu" turnir bu adla keçirilməyə başlayandan sonra 7-ci dəfə həlledici görüşdə çıxış etmək imkanı qazanıb. Madrid təmsilçisi bu göstəricidə İtaliyanın "Milan" və "Yuventus" komandalarını geridə qoyub.
Digər tərəfdən, "Real Madrid" ardıcıl 3-cü mövsüm finala yüksəlməklə bu iki klubun rekordunu təkrarlayıb. "Yuventus" 1996, 1997 və 1998-ci, "Milan" isə 1993, 1994 və 1995-ci illərdə belə bir həyəcan yaşayıb.
Madrid komandasının hücumçusu Kriştianu Ronaldu karyerasında 6-cı dəfə Çempionlar Liqasında finala çıxıb. Bunlardan 4-ü onun hazırkı klubu, 2-si isə əvvəllər çıxış etdiyi İngiltərə "Mançester Yunayted"i ilə baş verib. Ronaldu "Milan"ın sabiq müdafiəçisi Paolo Maldininin rekord nailiyyətini təkrarlayıb. Burada Maldininin 1992-1993 mövsümünədək təşkil olunan Çempionlar Kubokunun finalında da oynaması nəzərə alınmayıb. Həmin finallar da nəzərə alındıqda isə Maldini və Fransisko Xento 8, Alfredo Di Stefano 7 dəfə həlledici qarşılaşmaların iştirakçısı olub.
Nəhayət, "Real Madrid" Zinəddin Zidanın rəhbərliyi altında ardıcıl 3-cü dəfə Çempionlar Liqasının finalına yüksəlib. Bununla da fransalı mütəxəssis Marçelo Lippinin rekord nailiyyətini təkrarlayıb. İtaliyalı baş məşqçi "Yuventus"la 1996 - 1998-ci illərdə final həyəcanı yaşayıb.
Qeyd edək i, "Real Madrid"in finaldakı rəqibi bu gün İtaliya "Roma"sı ilə İngiltərə "Liverpul"u arasında keçiriləcək cavab görüşündən sonra müəyyənləşəcək. İlk görüşdə "Liverpul" qalib gəlib - 5:2. "Kral klubu" isə Almaniya "Bavariya"sını mübarizədən kənarlaşdırıb - 2:1, 2:2.