1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Qrizmannın "Qarabağ" məyusluğu
"Çempionlar Liqası mənim və klubum üçün böyük hədəfdir. Həqiqətən də bu kuboku qazanmaq istəyirəm”.
Sportnet.az-ın məlumatına görə, bunu İspaniyanın "Atletiko” komandasının hücumçusu Antuan Qrizmann spox.com saytına müsahibəsində deyib. 27 yaşlı forvard başa çatan mövsümdə qitənin ən nüfuzlu klub turnirindəki uğursuzluğu qrup mərhələsində "Qarabağ”la hər iki görüşdə heç-heçə etmələri ilə əlaqələndirib: "Biz "Çelsi”və "Roma” kimi böyük komandalara qarşı pis oynadığımız üçün deyil, "Qarabağ”la hər iki matçda xal itirdiyimiz üçün Çempionlar Liqası ilə vidalaşdıq. Belə hallara yol verməməliyik”.
Qrizmann "Atletiko" ilə Avropa Liqasını qazanmasını özü üçün vacib hadisə adlandırıb. O, Fransa yığmasının heyətində 2016-cı il Avropa çempionatının və Çempionlar Liqasının finalında uduzduqlarını xatırladaraq, nəhayət, titul əldə etdiyini vurğulayıb.
Qeyd edək ki, "Atletiko” ilə "Qarabağ” arasında Bakıda və Madriddə keçirilən görüşlərdə müvafiq olaraq, 0:0 və 1:1 hesablı heç-heçə qeydə alınıb. Qrup 3-cüsü kimi mübarizəni Avropa Liqasında davam etdirən Madrid təmsilçisi yarışın qalibi olub.