1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şumuditsa sürücülükdən məhrum edildi
"Neftçi"nin baş məşqçi postuna namizəd göstərilən Marius Şumuditsa bir neçə ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə rumıniyalı mütəxəssisin özü açıqlama verib. 47 yaşlı Şumuditsa bildirib ki, iyunun 5-də Rumıniya və Finlandiya yığmaları arasında keçirilmiş yoldaşlıq görüşündən əvvəl yolu işıqforun sarı və qırmızı rəngləri yandığı vaxt keçib: "Finlandiyalı dostumla evə qayıdarkən, avtomobilimi saxlayıb, qayda pozuntusuna yol verdiyimi bildirdilər. Sadə vətəndaş olduğumu bildirsəm də, polis futbolla maraqlandığını və məni futbolçu kimi xatırladığını dedi. Lakin sürücülük hüququmdan bir neçə ay müddətinə məhrum edildim. Buna görə də Rumıniya - Finlandiya matçına bir qədər həvəssiz baxdım".
Təcrübəli mütəxəssis cəzadan apellyasiya vermək üçün 15 gün vaxtının olduğunu, lakin həyat yoldaşı ilə birgə 10 günlük məzuniyyətə yollanacağını da vurğulayıb.
Qeyd edək ki, Marius Şumuditsanın "Neftçi"nin baş məşqçi postuna iki namizəddən biri olduğu açıqlanıb. Lakin onun məzuniyyətə yollanacağını deməsi bu təyinatın baş tutmayacağı anlamına gəlir. Klub yeni baş məşqçisini iyunun 8-də təqdim edəcəyini açıqlayıb.