"Çətin və səviyyəli rəqiblə üz-üzə gələcəyik".
Sportnet.az xəbər verir ki, bunu Sloveniya "Olimpiya"sının kapitanı Branko İliç Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ" barədə danışarkən deyib. 35 yaşlı müdafiəçi mərhələ adlamaq üçün əllərindən gələn hər şeyi edəcəklərini bildirib: "Komandamıza inanıram. Artıq öz keyfiyyətimizi sübuta yetirmişik. Yaxşı hazırlaşmalıyıq".
Qeyd edək ki, ilk oyun 10-11 iyulda Lyublyanada, cavab görüşü 17-18 iyulda Bakıda keçiriləcək.