"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan "Sloveniya"nın "Olimpiya" klubunun baş məşqçisi İliya Stolitsa yoxlama oyununda Macarıstanın "Ferensvaroş" klubu ilə heç-heçə (0:0) etdikləri qarşılaşma barədə danışıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis rəqibin keyfiyyətli komanda olduğunu vurğulayıb.
O qeyd edib ki, belə bir rəqibə qarşı qarşılaşmada oyuna nəzarət etmək çox yaxşıdır: "Komanda olaraq çox inkişaf edirik".
Serbiyalı baş məşqçi Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ" haqqında da danışıb: "Biz "Qarabağ"a qarşı matçın taktiki hazırlığına başlamalıyıq. Futbol komanda oyunudur. Yalnız bu yolla yaxşı nəticə qazana bilərik".