"Baş məşqçimiz bildirdi ki, bizim oyunçular çox güc sərf etdilər. Ona görə də narazı ola bilmərəm".
Sportnet.az trud.bg saytına istinadən xəbər verir ki, bunu Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyada "Kukesi” ilə ilk matçdakı qolsuz heç-heçədən sonra "Qarabağ"ın futbolçusu Simeon Slavçev deyib.
25 yaşlı bolqarıstanlı yarımmüdafiəçi bu cür çətin qarşılaşmada sərgilənən oyundan razı qaldığını vurğulayıb: "Nəticə bizim üçün yaxşıdır. Cavab oyununa lazımı səviyyədə hazırlaşmalıyıq. Komanda olaraq çağıraşa hazırıq və yolumuza davam edəcəyimizə inanırıq".
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil olunacaq və saat 21:00-da start götürəcək.