"Qarabağ" klubu Çempionlar Liqasında mübarizəni III təsnifat mərhələsində dayandırıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Belarusun BATE komandasını üstələyə bilməyib. İlk görüşdə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Borisov şəhərindəki cavab oyununda meydanı heç-heçə ilə tərk edib - 1:1.
Hesabı 20-ci dəqiqədə kapitan Rəşad Sadıqovun yanlış ötürməsindən sonra topu ələ keçirən Mirko İvaniç açıb. "Qarabağ"ın bərabərlik qolunu 54-cü dəqiqədə Miçel vurub. Lakin Ağdam təmsilçisi qələbə topunu vura bilməyib. Əvəzində 77-ci dəqiqədə İnnosent Emeqara qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Beləliklə, iki oyunun yekununda Çempionlar Liqası ilə vidalaşan "Qarabağ" mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində davam etdirəcək. Rəqib isə "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi olacaq.
-------------------------------
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Belarusun BATE komandası ilə üz-üzə gələcək.
"Borisov Arena"dakı matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı ilk oyun Belarus klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin aparıcı futbolçularında hesab olunan Dani Kintana zədə səbəbindən cavab qarşılaşmasında da iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
14 avqust
21:00. BATE (Belarus) - "Qarabağ" (Azərbaycan) - 1:1
Qollar: Mirko İvaniç, 20 - Miçel, 54
Qırmızı vərəqə: İnnosent Emeqara, 77 ("Qarabağ")
Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (hamısı Latviya)
Hakim-inspektor: Françesko Byanki (İsveçrə)
UEFA nümayəndəsi: Giorgos Fantaros (Cənubi Kipr)
Borisov. "Borisov Arena"
İlk oyun - 1:0.