"Qarabağ" klubu Belarusda BATE ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşünü keçirəcəyi "Borisov Arena"da oyunöncəsi məşqə çıxmaqdan imtina edib.
Sportnet.az "Presbol"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi avqustun 12-də Minskə yollanaraq, paytaxt mehmanxanalarından birində məskunlaşıb. Ağdamlılar bu gün Borisova yollanmayaraq, Minskdəki "Olimpiyski" stadionunda məşqə çıxıblar.
Qeyd edək ki, avqustun 14-də keçiriləcək BATE - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. İlk görüşdə Belarus təmsilçisi qalib gəlib - 1:0.








































































