Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığmasına baş məşqçisi təyinatı olub.
Sportent.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Famil Xəlilova həvalə olunub.
Qeyd edək ki, Xəlilovun rəhbərlik etdiyi "Qəbələ”nin U-19 komandası ötən mövsüm AFFA-nın Gənclər Liqasının qalib olub.