Topaz Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Zirə" "Dalğa Arena"da debütant "Sabah"ı qəbul edib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Elşad Əhmədovun rəhbərlik etdiyi kollektivin hər iki qolunu Marko Deviç 2-ci və 30-cu dəqiqələrdə vurub.
Beləliklə, Deviç "Sabah"ın ilk tur ərzində vurduğu bütün 4 qolun müəllifi olub. Yay fasiləsində paytaxt klubuna qoşulan ukraynalı forvard bombardirlik yarışında mövqeyini möhkəmlədib.
Xallarını 6-ya çatdıran "Sabah" isə 2-ci pilləyə yüksəlib. Debütant eyni xala malik "Neftçi"dən top fərqinə görə geri qalır. Hesabında 1 xalı olan "Zirə" isə 1 pillə geriləyib və 7-ci yerə düşüb.
Qeyd edək ki, turun açılış oyununda "Qəbələ" evdə "Sumqayıt"la heç-heçə edib - 1:1. Həftəyə avqustun 26-da keçiriləcək "Keşlə" - "Səbail" və "Qarabağ" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.
------------------------------------------
Topaz Premyer Liqasında III tura start verilib.
Sportnet.az xəbər verir ki, açılış oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 42-ci dəqiqədə penaltidən Təmkin Xəlilzadə açıb. 76-cı dəqiqədə "Sumqayıt" daha bir zərbə alıb. Bu dəfə Nicat Qurbanov ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.
Bununla belə, qonaqlar məğlubiyyətdən yaxa qurtara bilib. 90+2-ci dəqiqədə Yusif Nəbiyev sabiq komandasını cəzalandırıb.
Beləliklə, hər iki komanda xallarını 4-ə çatdırıb.
Qeyd edək ki, bu gün saat 20:30-da "Zirə" - "Sabah" oyunu start götürəcək. Tura avqustun 26-da keçiriləcək "Keşlə" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.
-----------------------------
Bu gün Topaz Premyer Liqasında III tura start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq. Həftənin açılış qarşılaşması Qəbələdə olacaq. Burada şəhərin eyni adlı təmsilçisi "Sumqayıt”ı qonaq edəcək.
"Sumqayıt”la "Qəbələ” yeni mövsümə fərqli formada başlasa da, hər ikisinin 3 xalı var və müvafiq olaraq, 2 və 3-cü pillələrdə qərarlaşıblar. Maraqlıdır ki, hər iki kollektiv "Neftçi”yə uduzub. Əvəzində, "qırmızı-qaralar” evdə "Səbail”i 3:0, sumqayıtlılar isə səfərdə "Sabah”ı 4:1 hesabı ilə məğlub edib.
Bu komandalar indiyə qədər milli çempionatlarda 24 dəfə qarşılaşıb. Bunlardan 16-da "Qəbələ”, cəmi 2-də "Sumqayıt” qalib gəlib. Əyalət komandası bütün matçlarda qol sevinci yaşayıb. "Gənclər şəhəri” təmsilçisi son 4 oyunda 3 xal qazana bilməyib.
Günün digər oyunu "Zirə” ilə debütant "Sabah” arasında olacaq. Zirə Olimpiya Kompleksinin stadionu təmirdə olduğu üçün matç "Dalğa Arena”da keçiriləcək. Bu kollektivlər də qonşu pillələrdə qərarlaşıblar. İlk turda "Keşlə”ni bir cavabsız qolla məğlub edib, ardınca "Sumqayıt”a uduzan "Sabah” 5-ci sıradadır. "Qarabağ”la oyunu təxirə salınan, evdə "Keşlə” ilə 2:2 hesabı ilə heç-heçə edən "Zirə” isə 6-cıdır.
Qeyd edək ki, III tura avqustun 26-da keçiriləcək "Keşlə” – "Səbail” və "Qarabağ” – "Neftçi” görüşləri ilə yekun vurulacaq.
Topaz Premyer Liqası, III tur
25 avqust
18:00. "Qəbələ” – "Sumqayıt” - 1:1
Qol: Təmkin Xəlilzadə, 42 (penalti ilə) - Yusif Nəbiyev, 90+2
Qırmızı vərəqə: Nicat Qurbanov, 76 ("Sumqayıt")
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
20:30. "Zirə” – "Sabah” - 0:2
Qollar: Marko Deviç, 2; 30
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
"Dalğa Arena”.