"Sumqayıt" klubunun futbolçusu Elvin Məmmədov "Qəbələ" ilə Topaz Premyer Liqasının III tur matçında əvəzlənməsini narazılıqla qarşılayıb.
Sportnet.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Qəbələ şəhər stadionunda keçirilən oyunun 70-ci dəqiqəsində Məmmədov yerini Xəyal Nəcəfova verib. Bu zaman təcrübəli oyunçu meydanı əks istiqamətdən tərk edib. Onun əsəbi olduğu diqqətdən yayınmayıb.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.