1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kosovolu futbolçu: "Azərbaycana qalib gələcəyik"
"Hazırlıq çox yaxşı keçir. Azərbaycanla oyuna qədər daha iki məşqimiz olacaq. Biz nə istədiyimizi bilirik”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisi ilə UEFA Millətlər liqasının ilk oyunu ərəfəsində Kosovo yığmasının futbolçusu Amir Rrahmani ölkəsinin milli assosiasiyasının rəsmi saytına açıqlamasında deyib.
Xorvatiyanın "Dinamo” (Zaqreb) komandasının formasını geyinən 24 yaşlı müdafiəçi ilk matça yaxşı kökləndiklərini bildirib. Onun fikrincə, komandası Azərbaycanla görüşdə qalib gələcək: "Hesab edirəm ki, ilk oyunda qələbə qazanacağıq. Yalnız qrup qalibinin yoluna davam edəcəyini bilirik. Maksimum gücümü ortaya qoymağa hazıram”.
Rəqib komandanın digər üzvü Hekuran Kryeziu yaxşı şəraitdə məşq etdiklərini söyləyib. İsveçrənin "Sürix” komandasında çıxış edən 25 yaşlı yarımmüdafiəçi Millətlər Liqasına böyük önəm verdiklərini qeyd edib: "Yarışın əhəmiyyətini bilirik. Ona görə də ilk oyunda bütün bacarığımızı ortaya qoyacağıq. İrəli gedəcəyimizə ümidvaram”.
Kosovo millisinin hücumçusu Edon Jegrova da Bakıda müsbət nəticə qazanacaqlarına inandığını söyləyib. Belçikanın "Genk” klubunun formasını geyinən forvard III qrupun qalibi olmaq üçün öz öhdələrinə düşəni edəcəklərini bildirib: "Çox yaxşı komandamız var. Müsbət nəticə qazanacağımıza inanıram. Millətlər Liqasının hər iki oyununa tam hazıram. Üzərimizə düşəni edəcəyik. Çünki yalnız qrup qalibi növbəti mərhələyə vəsiqə qazanacaq”.
Qeyd edək ki, Kosovo Azərbaycanla sentyabrın 7-də Bakı Olimpiya Stadionunda, Farer adaları ilə sentyabrın 10-da Priştinadakı "Fadil Vokkri" stadionunda qarşılaşacaq ("Report").