1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Təmkin Xəlilzadə: "Bir az səbrli olmaq lazımdır"
Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə Millətlər Liqasının II turunda səfərdə Malta ilə 1:1 hesabı ilə heç-heçə başa çatan matçda sonra "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir
- Bugünki nəticə ürəkaçan deyil. Bunu nə ilə əlaqələndirərsiz? Qələbə qazanmanıza nə mane oldu?
- Oyuna çox ciddi hazırlaşmışdıq. Evdəki ilk oyunda xal itkisi ilə üzləşdikdən sonra buradan qələbə ilə ayrılmaq istəyirdik. Ancaq, bu futboldur, rəqiblərimiz də güclənir. Heç birini zəif rəqib adlandırmaq olmaz. Bütün komandalar 90 dəqiqə ərzində yaxşı mübarizə aparır. İstədiyimiz nəticəni əldə edə bilmədik. Yenə də şanslarımız davam edir və növbəti oyunlarda maksimum nəticə qazanmağa çalışacağıq.
- Oyunda baxımlı qol vurdunuz. Ondan sonra elə təəssürat yarandı ki, üstünlük tam bizim lehimizə keçib. Səncə qələbə üçün komandada nə çatmadı? Hesab bərabərləşdikdən sonra oyunun sürəti aşağı düşdü. Bu nə ilə əlaqədardır?
- Deməzim ki, bu tam belə idi. Topa nəzarət edirdik və hücumlar qurmağa çalışırdıq. Rəqib geriyə çəkilib müdafiə olunurdu. Malta 5 müafiəçi ilə meydanda mübarizə aparırdı deyə onların arxa xəttini yarmaqda çətinlik çəkdik. Düşünürəm ki, bizə tələskənlik də mane oldu.
- Rəqib futbolçular oyunun vaxtını uzadırdılar, səncə bu da oyunun nəticəsinə təsir edirdimiz?
- Rəqib haqqında danışmaq istəmirəm. Bu onların öz işləridir. Fikrimcə bu futbol izləyicilərinə kənardan yaxşı görünmürdü.
- Gələcək oyunlardan gözləntiləriniz nədir? İki oyundan sonra 2 xal qazana bilmisiniz. Bunu necə qiymətləndirirsiz?
- Biz də belə nəticə qazanacağımızı düşünmürdük. Ən azı ilk iki oyuna 4 xal toplayacağımıza ümid edirdik. Hələ qarşıda 4 oyunumuz var, rəqiblərimiz də bir-biri ilə oynayacaq. Fikrimcə, şanslarımız var və bundan maksimum istifadə edib xalqımızı sevindirməyə çalışacağıq.
- Millinin oyunu hələ də ümid vermir, bu barədə nə deyə bilərsiniz?
- Bir az səbrli olmaq lazımdır. Öz oyun üslubumuzu tam göstərmək üçün bizə vaxt lazımdır. Düşünürəm ki, milli komanda yüksək səviyyəyə qalxacaq və yaxşı nəticələr əldə edəcək.