"Malta - Azərbaycan görüşünün heç-heçə bitməsi bizim üçün yaxşı nəticə oldu".
Sportnet.az xəbər verir ki, bunu Kosovo yığmasının baş məşqçisi Bernard Şalland UEFA Millətlər Liqasının II turunda Farer adaları ilə keçirdiklərin oyundan sonra mətbuat konfransında deyib.
Qrupdakı komandaların vəziyyətini dəyərləndirən 67 yaşlı mütəxəssis bildirib ki, bütün komandalar yaxşı oyun göstərir və görüşlər olduqca çətin keçir: "Farer adaları ilk oyunda 3 xal qazanmışdı. Bu rəqiblə görüş bizim üçün heç də asan keçmədi. Növbəti matçımız Malta yığmasına qarşı olacaq. Onlar Farer adaları ilə görüşdə məğlub olsalar da, yaxşı oyun göstərmişdilər. İndi isə Azərbaycan yığması ilə heç-heçə ediblər. Bu nəticə bizim üçün əlverişlidir".
Qeyd edək ki, Kosovo Farer adaları yığmasına 2:0 hesabı ilə qalib gələrək, 4 xalla qrup liderliyini ələ alıb.