Azərbaycanın "Uğur” komandası UEFA Region Kubokunda mübarizəyə məğlubiyyətlə başlayıb.
Sportnet.az xəbər verir ki, qitə miqyaslı yarışa AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi kimi qatılan Sumqayıt təmsilçisi ilk matçında Ukraynanın "Lvov Region” kollekivinə uduzub – 0:2.
Rəqibin qollarını Mixaylo Kit-Kopyliak, Nazar Tsyubka, Rostislav Mixalçuk və Boqdan Fostakovski vurub. Onlar müvafiq olaraq, 17, 75, 84 və 89-cu dəqiqələrdə fərqləniblər.
Qeyd edək ki, "Uğur” "Lvov Region”la yanaşı, İspaniyanın "Kastilya-i-Leon” və Finlandiyanın "Qərb Rayon Komandası" ilə birgə VI qrupda yer alıb. Bu qrupun oyunlar Lvovda keçirilir. Təqvimə əsasən, sumqayıtlılar oktyabrın 5-də İspaniya, 3 gün sonra isə Finlandiya təmsilçisi ilə qarşılaşacaq.
------
Azərbaycanın "Uğur” komandası bu gün UEFA Region Kubokunda mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, qitə miqyaslı yarışa AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi kimi qatılan Sumqayıt təmsilçisi ilk matçını Ukraynanın "Lvov Region” kollekivinə qarşı keçirəcək.
Lvov şəhərindəki "Skif” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
"Uğur” "Lvov Region”la yanaşı, İspaniyanın "Kastilya-i-Leon” və Finlandiyanın "Qərb Rayon Komandası" ilə birgə VI qrupda yer alıb. Bu qrupun oyunlar Lvovda keçiriləcək. Təqvimə əsasən, sumqayıtlılar oktyabrın 5-də İspaniya, 3 gün sonra isə Finlandiya təmsilçisi ilə qarşılaşacaq.
Qeyd edək ki, 1966-cı ildə təsis olunan və 1999-cu ildən Region Kuboku adı altında keçirilən yarış iki ildə bir dəfə mini-turnir formatında qrupda yer alan komandalardan birinin təmsilçisi olduğu ölkədə keçirilir. 8 qrupda 1-ci yeri tutan kollektivlər 2019-cu ilin iyulunda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaqlar. Yarışda 19 – 40 yaşlı futbolçular iştirak edə bilərlər.
Oyuna aşağıdakı linkdən canlı baxmaq mümkündür.
http://xsport.ua/online/
16:00. "Uğur" - "Lvov Region” 0:4
Ukrayna. Lvov şəhəri
"Uğur": 1. Seymur Bəydəmirov, 5. Vüsal Bəyimov, 9. Mətin Mehdiyev, 16. Nicat Tağıyev, 17. Nahid Mehrəliyev (K), 18. Ramal Əhmədov, 19. Musa Rəhimov, 20. Vurğun Həsənzadə, 21. Anar Ağayev, 22. Nurlan Xəlili, 23. Heydər Mustafazadə