"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında 2018-2019 mövsümündə ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, I mərhələdən mübarizəyə başlayan "qırmızı-qaralar” Qəbələ şəhər stadionunda Moldova "Şerif”i ilə üz-üzə gəlib. Emin İmaməliyevin baş məşqçi olduğu kollektiv rəqibinin müqavimətini qıra bilməyib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Görüşdə hesabı qonaqlar açıb. Danilo İqnatov 31-ci dəqiqədə Moldova təmsilçisini hesabda önə çıxarıb. 57-ci dəqiqədə isə Əli Sadıxov penalti zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, cavab oyunu oktyabrın 24-də Tiraspolda keçiriləcək.
Ümumilikdə bu, Azərbaycan komandasının UEFA Gənclər Liqasında ikinci sınağıdır. "Qəbələ” 2016/2017 mövsümündə də Çempionlar Yolunda mübarizə aparıb. Həmin vaxt I mərhələdə Rusiyanın "Dinamo” (Moskva) komandası ilə qarşılaşan "qırmızı-qaralar bu səddi keçə bilməyib - 0:2, 0:5.
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, ilk oyun
3 oktyabr
18:00. "Qəbələ” (Azərbaycan) – "Şerif” (Moldova) - 1:1
Qol: Əli Sadıxov, 57 (p) - Danilo İqnatov, 31
"Qəbələ": 12
Zülfüqarlı (GK)
2
Nuruyev
3
Müştaqov
4
Məsimov
6
Hacıyev
7
Sadıxov (k.)
8
Ağazadə 10 İsazadə 11
Qurbanov
15
İnqilablı 16
Rzayev
"Şerif": 1 Lixarev 8
Qliqa
9 Konoxov
11
Kuzmenko (k.)
19
Osipov
26
Nixayev
30
Makaliki
31
İqnatov
39
Kovçenko
90
Dijinari
99
Berko
Hakimlər: Giorgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan)
Qəbələ şəhər stadionu