1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Filip Ozobiç: "Formamı ona hədiyyə edəcəm" - MÜSAHİBƏ
"Yaxşı oynadığımızı və baxımlı futbol sərgilədyimizi düşünürəm. Sadəcə olaraq, əlimizə düşən iki qol epizodundan yararlana bilmədik. Amma "Arsenal" bunu bacardı. Ona görə də hesab bu cür alındı”.
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ”ın futbolçusu Filip Ozobiç Avropa Liqasının qrup mərhələsinin II turunda evdə İngiltərənin "Arsenal” komandasına 0:3 hesablı məğlubiyyəti şərh edərkən deyib.
27 yaşlı xorvatiyalı yarımmüdafiəçi daha sonra sualları cavablandırıb:
- "Qarabağ” niyə yüz faizlik qol epizodlarını reallaşdıra bilmir? Sizin də fürsətiniz..
- Həmin epizodda bir az bəxtim gətirmədi.
- Adətən deyirlər ki, bəxt gücülünün tərəfində olur. Bununla razısınız?
- Xeyr, bu gün belə alındı. Onların qapıçısı üst səviyyədə bir oyunçudur.
- Qol vur bilməməyimizin əsas səbəbi "Arsenal”ın qapıçısı Bern Lenodur?
- O, bu oyunu yaxşı keçirdi.
- Stadiondakı atmosfer barədə nə deyə bilərsiniz?
- Oyuna gələn bütün azarkeşlərə təşəkkür edirəm. Bu gün anşlaq oldu.
- Qrupun digər oyununda Portuqaliya təmsilçisi "Sportinq” Ukraynada "Vorskla”nı 2:1 hesavbı ilə məğlub etdi...
- Bəli, xəbərim var. "Sportinq” son dəqiqələrdə vurduğu qollarla qalib gəlib. İlk oyunları unudub, önə baxmaq lazımdır?
- "Vorskla” ilə iki oyunun qrupdan çıxmaq baxımından bizim üçün daha önəmli olduğunu demək mümkündür? Ümumiyyətlə, növbəti mərhələyə yüksəlmək şansımız var?
- Hər oyuna qələbə üçün çıxacağıq. Hələ "Vorskla” ilə ilk matçı keçirəcək, sonrasına baxarıq.
- "Arsenal”ın oyunçularını necə qiymətləndirirsiniz?
- Bu komandanın futbolçuları Çempionlar Liqası səviyyəsindədir. "Arsenal”a təsadüfən düşmək mümkün deyil. Hamısı top-oyunçulardır.
- Matçdan sonra rəqib futbolçulardan kiminləsə formanızı dəyişdiniz?
- Xeyr, formamı sevgilimə hədiyyə edəcəm. (Report)