1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Quliyev: "Hər oyundan sonra inamımız daha da artır" - MÜSAHİBƏ
"Neftçi"nin prezidenti Kamran Quliyev evdə "Sabah" komandasını 2:0 hesabı ilə məğlub etdikləri Topaz Premyer Liqasının VII tur oyunundan sonra brifinq keçirib. K.Quliyev Sportnet.az-ın da suallarını cavablandırıb...
- Bu gün 2:0 hesabı ilə qalib gəldiniz. Oyun sizin üçün necə keçdi?
- Əvvəla, komandanı təbrik edirəm. Bu gün bizim üçün əlavə stimul idi, çünki futbolçumuz Kvame Karikarinin anası bu yaxınlarda dünyasını dəyişib. Qələbə qazanıb ona dəstək mesajı vermək istəyirdik. Oyunçularıməz qələbəni ona həsr etdilər. Bu da komandadakı abu-havanın göstəricisidir. Hər oyun çətin keçir. Bu mövsüm "Neftçi"yə qarçı oynayan komandalar sanki son matçlarına çıxırmış kimi mübarizə aparırlar. "Neftçi" onlar üçün stimula çevrilib. Bu oyun da bizim üçün çətin keçdi, amma biz lazımı vaxtlarda qol vurub qələbə qazana bildik.
- Düzdür, "Qarabağ"ın bir oyunu əksik oısa da buqələbə ilə ilk dövrəni lider kimi bitirə bilərsiz. İlk 7turu necə dəyərləndirərdiniz?
- Əgər "Qarabağ" təxirə salınmış oyunda böyük hesabla qələbə qazansa o zaman onlar lider olacaq. Amma buna inanmıram. Düşünürəm ki, bu komanda hələ də 100 faizini göstərməyib. Komanda olaraq tam püxtələşməyib. Biz oyundan oyuna daha da yaxşı oyun göstəririk.Təbii ki, burada məşqçi işi də öz sözünü deyir. Gördüyünüz kimi bu gün azarkeşlər də oyunun sonunda Bordinin adını çağırıb ona şüarlar səsləndirdilər. Hələ ilk dövrə geridə qalıb çempionatın böyük hissəsi qarşıdadı, fikrimcə daha yaxşı oyunlar göstərəcəyik.
- Bu gün Slavko Braliç lazımsız yerə iki sarı vərəqə aldı. Görünürdü ki, oyun praktikasının azlığından əziyyət çəkir. Müdafiədə bir neçə epizodda boşluqlar verirdiniz. Hazırda Ruslan Abışov da zədəlidir. Qış transfer pəncərəsi dövründə müdafiəçi transfer etmək fikriniz varmı?
- Müdafiəmizin zəif olduğunu düşünmürəm. 7 tura 3 qol buraxmışıq ki, bu da son illərin ən yaxşı göstəricisidir. Eyni zamanda Səlahət Ağayevi də qeyd etmək istəyirəm ki, o da hər oyun etdiyi vacib qurtarışlarla komandaya kömək olur. Düşünürəm ki, artıq milli komandada da sağlam rəqabət var. Ruslan isə bizim üçün həm kapitan, həm də liderdir. Bütün oyunlarımızda tribunada olur. Artıq yüngül məşqlərə başlayıb və komandaya tezliklə geri dönəcək. Transfer məsələsinə bizdə idman direktoru və baş məşqçi qərar verir. Düşünürəm ki, transfer haqda danışmaq üçün tezdir.
- Çempionluq yarışında əsas rəqibiniz "Qarabağ"dır. Sizdə çempionluğa inam nə qədərdir?
- Oyundan-oyuna inkişaf edirik. Komandanın da may ayını düşünməsini istəməzdim. Növbəti oyunu düşünüb, addım-addım irəliləməliyik. Hər oyundan sonra inamımız daha da artır. Bu gün ən yaxşı oyunumuzu sərgiləməsək də, qələbə qazandıq.
- Samir Abbasov bu gün deyib ki, "Qarabağ"ın çempionluq uğrundakı rəqibi "Qəbələ"dir. Bu haqda nə deyə bilərsiniz?
- Bu haqda heç nə demək istəmirəm. Samir Abbasova uğurlar arzulayıram.