
"Neftçi"nin futbolçusu Slavko Braliç evdə "Sabah" komandasına 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının VII tur oyunundan sonra brifinq keçirib. Sportnet.az xəbər verir ki, xorvatiyalı müdafiəçi qırmızı vərəqəyə səbəb olan epizodlardan da danışıb...
- Oyun haqda fikirlərin necədir?
- Bu gün biz öz oyunumuzu və gücümüzü göstərdik. Layiq olduğumuz 3 xalı qazandıq və istəyimizə nail olduq.
- Komandadakı stabilliyi qorumaq üçün nə lazımdır?
- Lider qismində qalmaq istəyiriksə, təkcə "Qarabağ"ı yox, bütün rəqibləri düşünməliyik. Hər bir oyunu düşünüb matçlara ciddi hazırlaşmalıyıq.
- Bu gün iki sadə epizodda sarı vərəqə aldın. Bu, oyun praktikasının az olması ilə bağlıdır, yoxsa...?
- Düşünürəm ki, ikinci epizodda sarı vərəqəlik heç nə yox idi. Amma əlbəttə, daha çox oyun vaxtı əldə etmək istəyirəm.
-Komandada yetərincə müdafiəçi var. Qışda komandanı tərk etməyi düşünürsünüz?
- Qışda komandanı dəyişmək haqda düşünmürım. Çalışıram ki, hər məşqdə daha yaxşı iştirak edib baş məşqçinin rəğbətini qazanım və komandadakı yerimi möhkəmləndirim.