
Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən "Araz” bu gün əsas mərhələdə son oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, rəqib Slovakiyanın "Luçenec” komandası olacaq.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşmanı Sven Eichler (Almaniya), David Schaerli (İsveçrə) və Kamil Çetin (Türkiyə) idarə edəcək.
Qeyd edək ki, əvvəlki oyunlarında Litva "Vitis"inə 0:1 hesabı ilə uduzan "Araz" Malta "Valletta"sı ilə heç-heçə edib.