
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla" klubu Ukrayna Premyer Liqasında XI tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib Kiyev "Arsenal"ı olub. Poltavadakı Aleksey Butovski adına stadionda keçirilmiş görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 72 və 79-cu dəqiqələrdə Sergey Qrin vurub.
Bununla da çempionatda 5-ci məğlubiyyətlə üzləşən "Vorksla" 18 xalla 4-cü pillədə qalıb. "Arsenal" isə 7 xalla sonuncu - 12-ci pillədədir.