1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
ŞOK: Futbolçular nazirlik işçisini döydü - VİDEO
Rusiyalı futbolçular Aleksandr Kokorin və Pavel Mamayev qalmaqalla diqqət mərkəzinə gəliblər. Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, oyunçular Moskva kafelərinin birində dövlət məmurunu döyüblər.
Yayılan xəbərlərə görə, hər iki oyunçu dostları ilə birlikdə səhər yeməyi üçün kafeyə üz tutub. Ancaq yemək zamanı səs-küy salan futbolçular ətrafdakıların və kafe personalının ciddi etirazı ilə qarşılaşıblar. Etirazını daha sərt şəkildə bildirən dövlət məmuru Denis Pak isə futbolçuların hücumuna məruz qalıb. Onlar Pakın dişini sındırıblar.
Artıq futbolçuların klubları da hadisə ilə bağlı rəsmi açıqlamalar veriblər. Kokorinin çıxış etdiyi "Zenit” oyunçuya hüquq-mühafizə orqanları hadisəni tam araşdırandan sonra cəza veriləcəyini bildirib. Sankt-Peterburq təmsilçisi, həmçinin insidentin üzücü olduğunu vurğulayıb.
Mamayevin klubu "Krasnodar” da oxşar açıqlama ilə diqqət çəkib. Klubdan bildirilib ki, baş verən hadisəni pisləyir və insidentin hüquqi qiymətini alacağına ümid edirlər.
Hadisə ilə bağlı ən maraqlı açıqlama isə Rusiyanın idman naziri Pavel Kolobkovdan gəlib. O, peşəkar idmançılara belə hərəkətləri yaraşdırmadığını vurğulayıb: "Bu gənclər hazırda millinin heyətində çıxış etmirlər. Belə görünür ki, bundan sonra da heç vaxt milli komandaya cəlb olunmayacaqlar”.
Hadisə ilə bağlı araşdırmalar davam edir. Yerli mətbuat hər iki oyunçunun həbs olunacağımı istisna etmir.