
"Neftçi” klubu məşqləri bərpa edib.
Sportnet.az xəbər verir ki, Topaz Premyer Liqasının 7-ci turunda "Sabah” üzərində qələbədən (2:0) sonra üç günlük fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.
Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, "Neftçi” Topaz Premyer Liqasında növbəti oyununu oktyabrın 20-də keçirəcək. Komanda həmin gün 8-ci tur çərçivəsində "Qəbələ”nin qonağı olacaq.