1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Asan deyildi” – Riçard Almeyda
"Çətin oyun oldu. Çalışdıq ki, məşqçinin tapşırıqlarını yerinə yetirək. Buna da müyəssər olduq. Asan deyildi, amma buna baxmayaraq, oynadıq. Bütün komandanı 3 xal münasibətilə təbrik edirəm. Bu qələbəni Azərbaycan xalqına həsr edirik”.
Sportnet.az xəbər verir ki, bu sözləri milli komandamızın futbolçusu Riçard Almyeda deyib.
UEFA Millətlər Liqasının III turunda Farer adaları ilə səfər matçından sonra jurnalistlərin suallarını cavablandıran legioner 3:0 hesablı qələbəni belə şərh edib:
- İlk hissədə sanki çətinlik çəkirdiniz? Bu, süni meydança ilə bağlı idi?
- Səfər oyunlarında sözsüz ki, həmişə üstünlük ev komandalarında olur. Biz də ilk 15 dəqiqədə bir az çətinlik çəkdik. Rəqibin start təziyiqinə tab gətirdik və sonradan öz oynumuzu göstərməyə başladıq. Top saxlamağa çalışırdıq, bu da alındı. Qollarımızı vurduq, rəqibə də qol şansı yaratmağa imkan vermədik.
- Dubl elədiniz, bunun haqqında nə deyə bilərsiniz?
- İki qol vurduğum üçün yox, bu qolların Azərbaycan futboluna kömək etməsinə görə şadam. Bilirsiniz ki, neçə ildir bu ölkədəyəm, Azərbaycanı çox sevirəm. Çox məmnunam ki, bu gün qollarımla Azərbaycan xalqını sevindirə bildim.
- Qarşıdakı oyun barəsində nə fikirləşirsiniz?
- Çətin oyun olacaq. Bizi Bakıya uzun və çətin yol gözləyir. Ora çatan kimi məşqləri bərpa edib, ciddi şəkildə və 100%-lik konsentrasiya ilə Malta matçına hazırlaşacağıq.