Hazırda "Neftçi"də çıxış edən Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov UEFA Millətlər Liqasının IV tur matçından sonra maltalı oyunçu Andre Şembri ilə görüşüb.
Sportnet.az xəbər verir ki, 2016-2017 mövsümündə Portuqaliya "Boavişta"sında komanda yoldaşı olmuş hər iki futbolçu bir müddət söhbət edib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda Andre Şembri Kipr "Apollon"unun formasını geyinir.


















































































