İspaniya La Liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu ada "Barselona"nın hücumçusu Lionel Messi layiq görülüb. 31 yaşlı argentinalı forvard ötən ay ərzində 5 oyunda üç qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Barselona" İspaniya La Liqasında 15 xalla ikinci pillədə qərarlaşıb. "Sevilya" isə 16 xalla birinci yerdədir. Kataloniya təmsilçisi IX turda "Sevilya" ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 20-i saat 22:45-də start götürəcək.