1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Robero Bordin: "Nəticə çıxarmalıyıq"
"Rəqibi təbrik edirəm. Təəssüf ki, hesab açılmamışdan imkanları qaçırdıq. Acınacaqlıdır ki, rəqib bizi əks-hücumlarda yaxalamağı bacardı. Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Dario Frederiko və Baqali Dabo meydanda görünmədilər. Bunun səbəbini nədə görürsünüz?
- İlk yarıda normal oynadılar. Sadəcə, Dario və Dabo yox, ümumiyyətlə, bütün komanda üzvləri üzərlərində çalışmalı və artırmalıdırlar.
- Fasilə zamanı niyə yoxlama oyunu keçirmədiniz ki, komanda tonusdan düşməsin?
- Kifayət qədər oyunçumuz milli komandaya dəvət almışdı. Bu üzdən də yalnız qarışıq matç keçirdik.
- Nəticə və "Qəbələ”nin sərgilədiyi futbol sizin üçün sürpriz olmadı və oyunçularınızda arxayınçılıq hiss etmədiniz?
- Rəqib kompakt müdafiə olundu. Bizi əks-hücumda yaxaladılar. Bu cür oyunu gözləyirdik.
- Rəşad Eyubov komandanızın ən zəif bəndi idi. Onu əvəzləməkdə yubandınız. Bu fikirlə razısınız?
- Rəşadın zəif oynadığını hesab etmirəm. Bəlkə də oyun praktikası az idi. Bununla yanaşı, Rəşaddan razı qaldım. Zəif cəhətlərimiz ondan ibarət oldu ki, hücumlar zamanı fərdi mübarizələrdən qalib ayrıla bilmirdik. Uduzmuşuqsa, komandamız uduzub.