"Gərgin oyun alındı. Matç hər iki komandanın qarşılıqlı qolları ilə yekunlaşdı. Bizim də çoxlu şansımız oldu".
Sportnet.az xəbər verir ki, bunu "Keşlə"nin futbolçusu Sertan Taşkın "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının VII turundan təxirə salınmış oyundan sonra deyib.
Matçın 79-cu dəqiqəsində komandasının bərabərlik qoluna imza atan 21 yaşlı müdafiəçi bildirib ki, ardıcıl xal itkilərindən sonra əldə olunan bu nəticəni "Keşlə" üçün uğurlu saymaq olar: "Qarabağ" ölkənin bir nömrəli komandasıdır. Yaxşı nəticə idi. Qalib də gələ bilərdik. Müdafiəçi olaraq qol vurmaq qürurvericidir. Neçə oyundur buna çalışırdım. Axır ki, istədiyimi edə bildim. Yavaş-yavaş ayağa qalxırıq. Çox ağır günlər keçirdik. Ümid edirəm ki, yaxşı olar. Bu nəticəyə Tərlan Əhmədovun baş məşqçi postuna gəlişinin, hər şeyin təsiri var. Motivasiya və əzmkarlıqla hər şey yoluna düşər".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |