1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yüksək Liqada yubiley
Yüksək Liqada XIV tur təkcə "Araz”ın cari mövsümdə ilk məğlubiyyəti ilə barışması və EKOL-un "qış çempionluğu” ilə əlamətdar olmayıb.
Sportnet.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hesabat turunda cari mövsüm Yüksək Liqada 500-cü qol vurulub. Bu tura qəddər 494 qol vurulmuşdu. Günün ilk oyununda tərəflər ümumilikdə 5 dəfə fərqləndiklərindən, "Yasamal” FK – "Neftçi” İK duelində hesabın açıldığı qol yubiley xarakteri daşıyıb. Nominal qonaqların iranlı legioneri Hamed Abdollahinin 8-ci dəqiqədə vurduğu top cari mövsümdə 500-cü olub.
Qeyd edək ki, XIV turda EKOL "Araz"a 3:2, "Neftçi" İK "Yasamal" İK komandasına 3:1, "Xəzər Cənub" isə "Liman"a 13:3 hesabı ilə qalib gəlib.