“Qəbələ” komandası Türkiyənin Antalya bölgəsindəki hazırlıq prosesinin 3-cü gününü iki məşqlə başa vurub.
Sportnet.az-ın məlumatına görə, Sənan Qurbanovun baş məşqçisi olduğu kollektiv topla çalışa bilməyib. Əlverişsiz hava şəraiti üzündən hər iki məşq fitnes zalında baş tutub. Futbolçular fiziki təmrinləri yerinə yetiriblər.