2018/2019 mövsümünün üçüncü dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” klubu növbəti transferini açıqlayıb.
Sportnet.az klubun saytına isitinadən xəbər verir ki, komanda “Maşınsazi” (Təbriz) klubunda çıxış edən əslən azərbaycanlı hücumçu Peyman Babayi ilə müqavilə imzalayıb. 1.5 illik icarə əsasında “Sumqayıt”ın şərəfini qoruyacaq olan Babaei 8 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Traktorsazi” klubunun yetirməsi olan Peyman Babaei Təbriz şəhərində anadan olub. 2015-ci ilə qədər adıçəkilən klubun şərəfini qoruyan 24 yaşlı futbolçu Təbrizin digər klubları “Gostaresh Foolad” (26 oyun, 7 qol) və “Maşınsazi”nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.