Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Keşlə” komandası daha bir yoxlama oyunu keçirəcək.
Klubdan Sportnet.az-a verilən məlumata görə, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 20-də Serbiyanın Super Liqa təmsilçisi Vranye “Dinamo”su ilə qarşılaşacaq. Matçın Riu Kaya Belek otelinin meydançasında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Keşlə” ilk yoxlama görüşündə Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edib. Paytaxt təmsilçisi yanvar 23-də “Konkordiya” (Rumıniya), iki gün sonra isə “Çertanovo” (Rusiya) ilə qüvvəsini sınayacaq.