"Komandalar ötürmələrlə oynamağa çalışırdılar. Müəyyən bölümlərdə əks-hücumlarda çıxış etmək mümkün olurdu".
Sportnet.az-ın məlumatına görə, bunu Rusiya "Yenisey"inin futbolçusu Aleksey Qritsayenko Türkiyənin Antalya bölgəsində "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra klub televiziyasına açıqlamasında deyib.
35 yaşlı yarımmüdafiəçi toplanışda ilk oyun üçün nəticəni normal sayıb: "Etibarlı müdafiə ilə qol buraxmadan oynamaq alınmadı. Daha çox qol imkanlarımız da var idi, amma son ötürmələr çatmırdı. Amma Antalya toplanışına yeni başladığımızdan, nəticəni normal hesab etmək olar".
Qeyd edək ki, Mixail Komkov 90-cı dəqiqədə "Yenisey"in ikinci qolunu vuraraq, görüşün 2:2 hesablı nəticəsini təmin edib.