"Artıq bir həftədir ki, təlim-məşq toplanışımız davam edir. Baş məşqçinin tələblərini tam olaraq yerinə yetirmək üçün daha çox çalışırıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt" klubunun kapitanı Vurğun Hüseynov Türkiyənin Antalya bölgəsində keçirdikləri təlim-məşq toplanışını klubun saytı üçün dəyərləndirərkən deyib. Təcrübəli müdafiəçi Qazaxıstanın "Jetısu" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan da danışıb: "Düzdür, qələbə qazanmaq həmişə daha xoşdur, amma, heç-heçə də pis deyil. Səhvlərimiz üzərində çalışıb maksimum dərəcədə yoluna qoymağa çalışacağıq. İnşallah 3-cü dövrədə daha da güclü "Sumqayıt" görəcəksiniz".
Qeyd edək ki, "Sumqayıt"ın Bosniya və Herseqovina "Çelik"i ilə 19 yanvara nəzərdə tutulmuş yoxlama matçı baş tutmayıb.