Bu gün Antalyada keçirilməli olan "Sumqayıt" - "Çelik" qarşılaşması baş tutmayıb.
Sportnet.az xəbər verir ki, rəqib komandanın son anda meydana çıxmaqdan imtina etməsi səbəbindən oyun keçirilməyib.
-------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" komandası bu gün ikinci yoxlama oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Bosniya və Herseqovina təmsilçisi "Çelik"lə qarşılaşacaq. Topkapı otelinin stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlanacaq.
Hazırda "Çelik" Bosniya və Herseqovina çempionatında 19 turdan sonra 21 xalla 9-cu pillədə qərarlaşıb. Mövsümün ilk yarısını 14 oyundan 15 xalla 6-cı pillədə başa vurmuş "Sumqayıt" isə ilk yoxlama görüşündə Qazaxıstanın "Jetısu" komandası ilə heç-heçə edib - 1:1.
Yoxlama oyunu
16:00. "Sumqayıt" - "Çelik" (Bosniya və Herseqovina)
IC Santai otelinin stadionu