"Komandam rəqibdən çox üstün idi. Yeganə çatışmayan amil o oldu ki, yaranmış epizodları qola çevirə bilmədik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Vüqar Məmməd Türkiyənin Antalya bölgəsində Küveytin müvafiq yaş qrupu üzrə komandası ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra deyib. Gənc mütəxəssis ustalıq səviyyəsini oyundan-oyuna yüksəltmələrinin gərəkliyini vurğulayıb. Onun fikrincə, qələbəni düşünməkdən çox kombinasiyalı oyunu qaydasına salmaq lazımdır: "Məşqlərdən və oyunlardan maksimum yararlanmağa çalışırıq. Hava şəraiti proqramımızı bir neçə dəfə dəyişməyə məcbur edir".
Qeyd edək ki, U-19 daha əvvəl "Krasnodar-3"lə də 1:1 hesablı heç-heçə edib. Hər iki yoxlama oyununda Azərbaycan yığmasının qollarını Sərhad Daşdəmir vurub.