
"Mövsümün ikinci yarısına hazırlığı Bakıda başlamış və diqqətimizi futbolçuların fiziki formasının formalaşmasına yönəltmişdik. Sonra isə Türkiyədə təlim-məşq toplanışına davam edərək, bura taktiki və texniki təlimləri də əlavə etdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının yekunları barədə klubun rəsmi saytına açıqlamasında deyib.
"Türkiyədə 4 oyunun keçiriləcəyini planlaşdırmışdıq və əlavə bir oyun haqqında təlim-məşq toplanışının gedişatı zamanı razılaşdıq. 5-ci oyun əlverişsiz hava şəraiti ilə əlaqədər olaraq ləğv olundu" söyləyən gənc mütəxəssisin fikrincə, hazırlıq prosesini qənaətbəxş adlandırmaq olar: "Futbolçuların hamısı optimal formanı yığa bilmədi, amma bizim hələ çempionatın başlanğıcına qədər bir həftəmiz var və buna hazır olacağıq. Həmçinin çempionatın başlanğıcına qədər iki və ya üç futboçu ilə müqavilə imzalamağı planlaşdırırıq".