“Ayaks”ın yeniyetmələrdən ibarət komandasının qapıçısı Dan Raytsiger Hollandiya Kubokunun 1/8 finalında “Breda” ilə oyunun qəhrəmanı olub.
Sportnet.az xəbər verir ki, 17 yaşlı qolkiper matçın əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə künc zərbəsindən sonra başla fərqlənərək hesabı 1:1 edib. O, həmçinin penalti seriyasında bir zərbəni dəf edərək, komandasının 1/4 finala vəsiqə qazanmasına köməklik göstərib.
Kubok yarışı yeniyetmə komandalar arasında təşkil olunur.
Qeyd edək ki, “Ayaks”ın əsas komandası Hollandiya çempionatının XXI turunda “Feyenoord”a səfərdə 2:6 hesabı ilə uduzub.