
Rusiya "Zenit"i Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun futbolçusu Yaroslav Rakitskini transfer edib.
Sportnet.az-ın Sankt-Peterburq təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 30 yaşlı mərkəz müdafiəçisi ilə 2022-ci ilin yayınadək müqavilə bağlanılıb. Keçidin maliyyə tərəfləri açıqlanmır.
Qeyd edək ki, Yaroslav Rakitski "Şaxtyor"un yetirməsidir. O, Donetsk komandasında 2009-cu ildən çıxış edir və 6 dəfə Ukrayna çempionu və eyni sayda ölkə kubokunun sahibi olub. "Zenit" müqavilə qarşılığında ukraynalı müdafiəçiyə 5 milyon avro birdəfəlik mükafat da vəd edib. Ukrayna yığmasında isə təcrübəli futbolçu 54 oyuna 5 qol vurub, 2012 və 2016-cı il Avropa çempionatlarında iştirak edib.