Topaz Premyer Liqasında XVI turunda "Səbail"lə görüş “Zirə”nin 2019-cu ildə ilk səfər oyunu olacaq.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, komandaların cari mövsüm Premyer Liqada 3-cü dueli olacaq. Əslində, əvvəlki görüşlərin ikisi də heç-heçə başa çatıb. Lakin I dövrənin “Səbail”in meydanında 1:1 hesabı ilə sona çatan qarşılaşmadakı texniki xəta “Qartallar”a məğlubiyyət verilməsinə səbəb olub – 0:3. “Zirə”nin ev oyununda isə qapılara qol vurulmayıb.
Ümumilikdə isə iki komanda arasında Premyer Liqada 6 matç keçirilib. Həmin texniki məğlubiyyət "Zirə"nin “Səbail”lə qarşılaşmalarda xal qazanmadığı yeganə oyundur. Digər görüşlərdə 3 qələbəsi olan “Qartallar” 2 heç-heçə edib. Bu üstünlük texniki nəticənin nəzərə alınmadığı top fərqində də əksini tapıb.
5 qol vuran "Zirə" yalnız 2 top buraxıb. Qollara fərqli oyunçular imza atıb.
Zirə təmsilçisi 4-cü dəfə “Səbail”in qonağı olacaq. Əvvəlki üç səfərdə 2 qələbə və 1 məğlubiyyəti olan komanda iki top vurub.
2017/18 mövsümü
13.08.2017. Zirə - Səbail - 2:1
Milan Duriç, 3; Riçard Qadze, 17 - Vüqar Nadirov, 43
03.12.2017. Səbail - Zirə - 0:1
Adil Nağıyev, 39
14.03.2018. Zirə - Səbail - 1:1
Aleksandr Dedov, 17 // Nikoloz Apakidze, 54
05.05.2018. Səbail - Zirə - 0:1
Müşfiq İlyasov, 16
2018/19 mövsümü
15.09.2018. Səbail - Zirə - +:-
04.11.2018. Zirə - Səbail - 0:0
Qeyd edək ki, “Səbail” - “Zirə” görüşü fevralın 10-da baş tutacaq.