
“Qarabağ”la Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra bir günlük istirahətə buraxılan “Sumqayıt” komandası “Keşlə” ilə matçın hazırlıqlarına başlayıb.
Sportnet.az-ın məlumatına görə, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün “Kapital Bank Arena”nın təbii ot örtüklü ehtiyat meydançasında məşqə çıxıb. 21 yaşadək milli komandanın heyətində olan Süleyman Əhmədov və Murad Xaçayev məşqdə iştirak etməyib.
Təxminən 1.5 saat davam edən hazırlıq prosesində əvvəlcə fiziki gücün artırılması, daha sonra isə topla müxtəlif hərəkətlər və bir sıra taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Keşlə” – “Sumqayıt” qarşılaşması fevralın 16-da “ASK Arena”da keçiriləcək. Saat 15:00-da başlanacaq matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.