Azərbaycanlı futbolçu Arziman Rizvanov Çexiyada klubunu dəyişib.
Sportnet.az agent Erkin İbrahimova istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Bohemians-1905”lə 2019-cu ilin sonunadək müqavilə bağlanılıb. Rizvanov son 1,5 ili Çexiyanın “Banik” klubunda keçirib. Elitada çıxış edən Praqa təmsilçisi 21 turdan sonra 19 xalla 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Arziman Rizvanov “Neftçi”nin yetirməsidir. O, son olaraq, 2018-ci ilin mayında Azərbaycanın U-20 yığmasına dəvət alıb.