Azərbaycan Premyer Liqasında XVIII turunun rəmzi komandası müəyyənləşib.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, “InStat” şirkətinin təhlili əsasında "11-liy"ə "Zirə"nin 4, "Qarabağ"ın 3, "Qəbələ"nin 2, "Neftçi" və "Keşlə"nin hərəyə 1 futbolçusu düşüb.
Qapıçı: Kamran Ağayev (“Keşlə”) -2
Müdafiəçilər: Ansi Aqolli (“Qarabağ”) -3, Adrian Skarlatake (“Zirə”), Bəxtiyar Həsənalızadə (“Zirə”), Amin Seydiyev (“Qəbələ”)
Yarımmüdafiəçilər: Mfo Kqasvane (“Zirə”), Dilan Duventru (“Zirə”), Riçard Almeyda (“Qarabağ”) -3, Dani Kintana (“Qarabağ”) -4
Hücumçular: Canluka Sansone (“Neftçi”) -2, Ceyms Adeniyi (“Qəbələ”) -5
Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.