AFFA-nın baş katibi Elxan Məmmədov qurumun növbəti Hesabat Konfransında Türkiyəyə böyük hesabla uduzan U-19 futzal yığmasının çıxışından da danışıb.
Sportnet.az xəbər verir ki, o, həmin görüşdə olduğunu vurğulayıb.
Məmmədov bunun ilk oyun olduğunu və müsbət nəticə gözləməyin düzgün olnadığını deyib: "Millinin formalaşdırılması bir neçə il gecikdi. UEFA-dan da tələb olmadığından, bütün gücümüzü əsas komandaya vermişdik. Bundan sonra U-19-a da diqqətlə yanaşacağıq. Etiraf edim ki, bir neçə il gecikdik. Əsas komandanın baş məşqçisi Joze Alesio ilə bu barədə danışmışıq".