Uels milli komandasının sabiq futbolçusu Kreyq Bellami avtomobil idarə etmə hüququndan 18 ay müddətinə məhrum edilib. Sportnet.az-ın məlumatına görə, səbəb kimi 39 yaşlı keçmiş hücumçunun içkili halda maşın sürməsi göstərilib.
İnsident martın 9-da Kardiff şəhərində baş verib. Polis Bellaminin orqanizmində alkoqolun icazə verilən həddən ikiqat artıq olduğunu bildirib. Məhkəmə iclasında o, spirtli içki qəbul etdiyini boynuna alıb. Veteran futbolçu deyib ki, sükan arxasında içkili halda oturmaq istəməyib. Bellami bir müddət yuxuladıqdan sonra axşam saatlarında rəfiqəsinin zəngindən sonra maşına mindiyini açıqlayıb.
Günahını etiraf etməsinə baxmayaraq, o, 1,5 illik cəza ilə yanaşı, 650 funt sterlinq məbləğində cərimələnib.