Futbol üzrə Azərbaycan I Divizionunda XX turun daha iki oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, lider MOİK səfərdə "Ağsu"nu darmadağın edib. "Sabah-2" isə səfərdə "Zirə-2"dən üstün olub - 1:0.
Qeyd edək ki, tura sabah keçiriləcək "Qarabağ-2" - "Keşlə-2" oyunu ilə yekun vurulacaq.
29 mart (cümə)
“Ağsu” – MOİK - 0:4
Ağsu şəhər stadionu
“Zirə-2” – “Sabah-2” 0:1
“AZAL Arena”