Rusiya “Lokomotiv”inin baş məşqçisi Yuri Syomin postunu tərk etdikdən sonra Moskva təmsilçisinin fəxri prezidenti olacaq.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, bu barədə “dəmiryolçular”ın baş direktoru Vasili Kiknadze bildirib. Onun sözlərinə görə, 72 yaşlı mütəxəssisin paytaxt klubu ilə 1+1 illik müqaviləsi var: “Komanda cari mövsümdə avrokuboka düşməsə, Syomin istefaya göndərilməyəcək. Dəqiq bilirəm ki, Yuri Pavloviç klubu tərk etməyəcək. O, Direktorlar Şurasında yer alacaq və fəxri prezident olacaq”.
Qeyd edək ki, Yuri Syomin 2013/2014 mövsümündə “Qəbələ”nin baş məşqçisi olub. O, 2016-cı ildən 3-cü dəfə sükanı arxasına keçdiyi “Lokomotiv”ə rəhbərlik edir. Moskvalılar 2017/2018 mövsümündə Rusiya Premyer Liqasının qalibi olublar. Təcrübəli mütəxəssisin rəhbərlik etdiyi kollektiv 14 ildən sonra bu uğuru təkrarlaya bilib. Komanda cari çempionatda 20 turdan sonra 35 xalla 3-cü yerdədir.