
Almaniyanın "Borussiya"(Münhenqladbax) futbol komandası baş məşqçisi Diter Hekkinqlə yollarını ayıracağını açıqlayıb.
Sportnet.az klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis cari mövsümün sonunda postunu tərk edəcək.
Qeyd edək ki, D.Hekkinq 2016-cı ildən "Borussiya"nın baş məşqçisidir. Komanda onun rəhbərliyi altında ötən mövsüm Bundesliqada 9-cu olub. "Borussiya" cari mövsümdə 27 turdan sonra 47 xalla 5-ci pillədə qərarlaşıb.