"Neftçi” Topaz Premyer Liqasının 23-cü turunda qarşılaşacağı "Zirə” ilə oyunun hazırlığını davam etdirir.
Sportnet.az xəbər verir ki, "Keşlə” ilə qarşılaşmadan sonra birgünlük fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.
Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah da bir məşqlə davam edəcək.
Xatırladaq ki, aprelin 6-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Zirə” oyunu saat 18:00-da başlanacaq.