Rusiya Kubokunda "Ural" və "Arsenal" arasındakı ilk yarımfinal matçında VAR sistemindən istifadə olunub.
Sportnet.az-ın məlumatına görə, baş hakim Aleksey Yeskov yeni sistemə ikinci hissənin ortalarında meydan sahiblərinin futbolçusu Petrus Bumalı cəzalandırmaq üçün müraciət edib. Nəticədə Yekaterinburq təmsilçisinin xavbeki 65-ci dəqiqədə meydandan qovulub. Həmin vaxt "Ural" 1:0 hesabı ilə öndə olub. Görüş elə bu hesabla da yekunlaşıb. Cavab oyunu mayın 15-də Tula şəhərində keçiriləcək. Digər yarımfinal qarşılaşması hazırda "Lokomotiv" və "Rostov" arasında oynanılır.
Qeyd edək ki, bu, Rusiya futbolunda VAR sistemindən ilk istifadə halıdır.